Əməliyyatı uğurlu keçdi

22.11.2024

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Eder Militao dizinin çarpaz bağının qırılmasına görə əməliyyat olunub.
“Real”ın mətbuat xidmətinin məlumatına görə, müdafiəçinin əməliyyatı uğurlu keçib. Eder tezliklə bərpa proqramına başlayacaq.
Xatırladaq ki, braziliyalı futbolçu İspaniya La Liqasının 13-cü turunun “Osasuna” ilə noyabrın 9-da keçirilən oyununda (4:0) zədələnmişdi.
O, bu mövsüm klubunda 16 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью