Əməliyyatların üçdə biri lazımsızdır

27.08.2025

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İngiltərədə aparılan yeni bir araşdırma, infarkt keçirən yaşlı xəstələrdə edilən əməliyyatların həddindən artıq olduğunu ortaya çıxarıb.

Bizimyol.info xəbər verir ki, Nyukasl Universitetinin kardioloqu Vijay Kunadianın araşdırmasına görə, əməliyyat olunan yaşlı xəstələrin dörd illik ölüm nisbətləri, əməliyyat keçirməyənlərlə demək olar ki, eyni olub.

Araşdırmaya görə, infarktdan sonra cərrahiyyə əməliyyatına məruz qalan 75 və daha yuxarı yaşda olan xəstələrin 25,6 faizi dörd il ərzində dünyasını dəyişib, yalnız dərmanla müalicə olunanların isə 26,3 faizinin qeyd edilən müddət ərzində öldüyü bildirilib.

Stent və ya bypass əməliyyatının nəticələri ilə dərmanla müalicə olunanlar arasında praktiki olaraq böyük bir fərq qeydə alınmayıb.

"Bild" qəzetinə danışan Alman Cərrahiyyə Birliyinin baş katibi Prof. Dr. Tomas Şmit-Reyxen, bütün əməliyyatların təxminən yüzdə 30-unun lazımsız olduğunu bildirib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью