Emeri: “Bu turnirin kralı deyiləm”

20.05.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Aston Villa”nın baş məşqçisi Unay Emeri Avropa Liqasının finalında bu gün “Frayburq”a qarşı keçirəcəkləri oyunu şərh edib.

Futbolpress.az UEFA-nın saytına istinadən xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:

“Bütün diqqətimiz qarşımızda duran hədəfdədir. Futbolda qalib gəlmək çox çətindir. Komandamın etdiklərindən razıyam, bunlar adi şeylər deyil. Rəqibə hörmətlə yanaşıb, onu düzgün dəyərləndirmək lazımdır. Titulu qazanmaq istəyiriksə, maksimum gücümüzü ortaya qoymalıyıq.

Avropa Liqasında çox kubok qazanmışam. İndi də yeni fürsət var. Lakin bu turnirin kralı deyiləm. Çempionluq “Aston Villa” üçün yeni eranın başlanğıcı olacaq”.

Bu gün keçiriləcək “Aston Villa” – “Frayburq” oyununa saat 23:00-da start veriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью