Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Aston Villa”nın baş məşqçisi Unay Emeri “Qalatasaray”la oyun öncəsi açıqlama verib.
Apasport.az xəbər verir ki, UEFA Çempionlar Liqasının V turu çərçivəsində sabah İstanbul təmsilçisi ilə qarşılaşacaq İngiltərə klubunun çalışdırıcısı “RAMS Park”ın ot örtüyünün vəziyyətinin onlar üçün bəhanə olmadığını bildirib.
İspaniyalı mütəxəssis meydanın hər iki komanda üçün eyni şərait yaradacağını vurğulayıb:
“Ot örtüyünün vəziyyəti vacibdir. Lakin hər iki komanda eyni meydanda oynayacaq. Buna görə də bu, bəhanə deyil. Rəqibimizi təhlil etmişik və bütün diqqətimiz oyundadır. Ümid edirəm ki, meydanın vəziyyəti mümkün qədər yaxşı olacaq. Futbol oynamağa çalışacağıq. Ot örtüyünün vəziyyəti planlarımızı dəyişməyəcək”.
Emeri “Qalatasaray”ın fərdi keyfiyyətlərə malik futbolçulardan qurulduğunu qeyd edib:
“Onların hücum xəttində çox yaxşı oyunçular var. Bəlkə, meydana çıxa bilməyəcək futbolçuları olacaq, amma ümumilikdə güclü komandadırlar. Azarkeş dəstəyini də nəzərə almalı, rəqibin nə qədər intensiv oynadığını unutmamalıyıq”.
Qeyd edək ki, “Qalatasaray” – “Aston Villa” matçı sabah Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
“Sabah”la oyun öncəsi “Barselona”da ciddi itki: Yamal Bakıya gəlmir “Benfika”nın oyununda faciə: Azarkeş həyatını itirdi “Fənərbaxça”nın Çempionlar Liqası matçı ona tapşırıldı Poçettino “Mançester Yunayted”də 100 illik antirekordu təkrarladı Türkiyə Braziliyanı məğlub etdi - Dünya üçüncüsü oldu