Emeri “Qalatasaray”la oyunun hakimindən narazı qaldı

25.11.2026

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

"Aston Villa"nın baş məşqçisi Unai Emeri İstanbulda "Qalatasaray"a qarşı keçirilən görüşdən sonra hakim qərarlarına etiraz edib.

“Yeni Sabah” xəbər verir ki, ispaniyalı mütəxəssis qarşılaşma sonrası açıqlamasında rəqibin hesabı açdıqdan sonra oyunun tempini aşağı saldığını və vaxtı uzatdığını bildirib.

Emeri fikirlərini belə ifadə edib: "Galatasaray qol vurduqdan sonra futbol oynamaq mümkünsüz hala gəldi. Onlar daim vaxtı uzadırdılar. Hakim isə cəmi 5 dəqiqə əlavə etdi. Yaxşı, oyunu bitirin... Biz də daha çox oynamaq istəmirik. Hakimin bu məsələdə ədalətli davrandığını düşünmürəm!" İnternetdən sifariş

Sözügedən qarşılaşma "Qalatasaray"ın minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Nazim Hacıyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью