Emiədzin rəsmisi: II Qaregin katolikos taxtını tərk etməyi düşünmür

01.12.2025

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bütün ermənilərin katolikosu II Qaregin öz patriax taxtını tərk etməyi düşünmür.

APA xəbər verir ki, bu barədə “Newsarmenia” Eçmiədzin dəftərxanasının rəhbəri Arşak Xaçatryana istinadən məlumat yayıb.

“Katolikosun istefa verməsi üçün heç bir əsas görmürəm. O, yalnız bəzi şübhəli dini mənsubiyyətə malik dairələrin belə bir tələbi irəli sürməsi səbəbindən taxtını tərk edə bilməz”, – bu gün keçirilən mətbuat konfransında Arşak Xaçatryan bildirib.

Onun sözlərinə görə, bu, hətta on episkop belə bir tələb irəli sürsələr də mümkün deyil.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью