Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ukrayna Premyer Liqasında XXVI turun oyunları keçirilir.
Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Emil Muatafayevin çıxış etdiyi “Çernomorets” evdə “Rux”la qarşılaşıb. Görüş meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Matça start heyətində başlayan Emil sona qədər meydanda olub. 23 yaşlı yarımmüdafiəçi 78-ci dəqiqədə sarı vərəqəylə cəzalandırılıb.
Aktivində 18 xalı olan “Çernomorets” 16 komanda arasında 15-ci pillədə qərarlaşıb.