Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ürəyin məhəbbəti müvəqqəti, ruhun məhəbbəti əbədidir!!!
***
Yer üzünün yaxşı insanlarını tapmaq çox çətindir!!!
***
Kişilər elə bilir ki, qadınların onlara borcu var! Ona görə də savadsız , zəif qadınları incidir, döyür və haqqına girir! Belələrinə kişi demək olar?
***
Qadına hər şeydən əvvəl tərbiyə , savad , əxalq öyrətmək lazımdır! Ki, kişidən asılı vəziyyətdə olmasın!
***
Savadsız və işsiz qadın çox zəif olur. Həyat yoldaşı rəhmətə gedəndə , yaxud da, ayrılanda ayaq üstə dura bilmir, çox çətin günlər yaşayır!!!
***
Kafka:" Yaxşı pisi gec tanıyır, amma pis yaxşını görən kimi tanıyır."
***
Ən ağır xəstə hər gün efirdə olan müğənni və həkimlərdir! Allah onlara ağıl versin!!!
***
Elə xanəndə var ki, heç Seyran Səxavət kimi səsi yoxdur və muğam oxuya bilmir!!!
***
Dünyanın ən yaxşı , ən gözəl, ən mərhəmətli və ən xeyirxah insanı mənim tanıdığım adamdı!!!
***
" Allah" sözü insanın dilində yox, əməlində hiss olunmalıdır. Elə insan var ki, dilində hər gün yüz dəfə " Allah " deyir, amma əməli şeytan əməlidir!!!
***
ABŞ tarixində sarsaq prezidentlər az olub! Elə sarsaq prezidentdən biri də Donald Trampdı! Çünki o, ağlın itirib və hər saatdan bir fərqli söz deyir!
***
Azad və demokratik Azərbaycan nə gözəldi!!!
***
Bəzi sürücülər avtomobil idarə etmir, sanki sükan arxasında məzələnir , hətta yatır; ya özü ölür, ya da başqasın öldürür!
***
Hər şeyi bağışlamaq olar, amma xəyanəti yox!!!
***
Qadınsız ev cəhənnəmə oxşayır!!!
***
Allah dünyamızı nüvə müharibəsindən qorusun! Çünki ABŞ və Rusiya " qan- qan " - deyir!
***
Yeraltı və yerüstü keçidin yanındakı yolda avtomobili piyadanı vurub öldürürsə , buna görə sürücü cinayət məsuliyyətinə cəlb edilməməlidir!!!
***
Elə adam var ki, ondan Cənnət ətri gəlir!!!
***
Rəhmətlik qayınatam deyərdi ki, kişidən çörək ətri gəlməlidir! Yəni kişi çörək qazanmağı bacarmalıdır,özü də halal yolla!!!
***
Hər şeyi su təmizə çıxarır, suyusa, torpaq!!!
***
Bəzən yəznə qız evinə oğul qədər yaxın olur! Bax rəhmətlik Muxtar qardaşım da bizə yeznə deyil, oğul idi, qardaş idi! Yeri Cənnət olsun!!!
***
Hər gün yadımdan çıxmayan sevdiyim insanlar, əzizlərim, dostlarım var! Dünyasın dəyişənlərə rəhmət, qalanlara can sağlığı!!!
***
Seyran Səxavət kimi yazıçını redaktə etmək, çıxışını kəsib- doğramaq cahillik və nadanlıqdır!!!
***
Seyran Səxavət kimi bir istedadlı yazar xalqın xeyirinə televiziyada bir söz deyir, onu da qayçılayıb verirlər! Min təəssüf!!!