Emil Musayev Almaniyada xüsusi boks qarşılaşmasına çıxacaq

21.11.2026

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Azərbaycanlı döyüşçü Emil Musayev Almaniyada keçiriləcək "AFC 5" turnirində xüsusi boks qarşılaşmasına qatılacaq.

İdman.Biz xəbər verir ki, “Kavkaz” ləqəbli idmançı dekabrın 12-də Lippstadt şəhərində təşkil olunacaq tədbirdə peruəsilli Migel Medina ilə qarşılaşacaq.

72,5 kq çəki dərəcəsində baş tutacaq döyüşdə Musayev “Hammer Fight Club”ı, rəqibi isə “Donau Gym Düsseldorf”u təmsil edəcək. Təşkilatçılar qarşılaşmanı təcrübəli iki döyüşçünün dueli kimi təqdim edərək, texnika, güc və dinamikanın ön plana çıxacağını bildiriblər.

Qeyd edək ki, Emil Musayev peşəkar boks karyerası ərzində indiyədək 10 döyüş keçirib. O, bu qarşılaşmaların doqquzunda qələbə qazanıb, bir döyüşünü isə heç-heçə ilə başa vurub.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью