Emil Mustafayev 4 dərəcə şaxtada qələbə qazandı | Icma.az
Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq. Dünən Ukrayna çempionatında mübarizə bərpa olunub.
18-ci turun ilk oyununda “Çernomorets” səfərdə “Kolos”la qarşılaşıb.
Odessa klubu artıq 2-ci dəqiqədə qapısında qol görsə də, oyunun axarını dəyişməyi, 2:1 hesabıyla qələbə qazanmağı bacarıb.
Soydaşımız Emil Mustafayev start heyətində yer alıb və 88-ci dəqiqədə əvəzlənib.
4 dərəcə şaxtada keçirilən, 256 azarkeşin izlədiyi oyunda Emil iki dəfə - 18-ci və 45-ci dəqiqələrdə fərqlənmək imkanını boşa verib.
Bu qələbədən sonra xalını 15-ə çatdıran “dənizçilər” 14-cü pillədə qərarlaşıb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu