Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan millisinin yarımmüdafiəçisi Emil Mustafayevin də formasını geyindiyi “Çernomorets” Ukrayna Premyer Liqasında 23-cü tur oyununa çıxıb.
QOL.az xəbər verir ki, komanda evdə “LNZ Çerkasi” ilə qarşılaşıb.
“Çernomorets” matçda 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu 18-ci dəqiqədə Yevgeni Skiba vurub.
Emil əvvəldən sonra kimi görüşü ehtiyat oyunçular skamyasında izləyib.
Hazırda “Çernomorets” turnir cədvəlində 18 xalla 15-cidir.