Emil Quliyev yeni filmindən danışdı

22.01.2026

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rejissor Emil Quliyevin yeni “Bölmə” adlı çoxseriyalı bədii filmi təqdim olunacaq.

Bu barədə Gununsesi.info-ya rejissorun özü danışıb.

O bildirib ki, “Bölmə” dram, detektiv, triller janrlarındadır. Gələn ayın ortası efirə gedəcək. “Bölmə” real hadisələr əsasında çəkilib. İki polis əməkdaşı uzun illərdir axtarışda olan narkobaronun izinə düşüblər. Onun adını bilirlər, lakin üzünü görən olmayıb. O, azyaşlı uşaqlardan narkokuryer kimi istifadə edir və onlara qarşı çox amansız davranır. Bundan əlavə, polis əməkdaşlarının öz şəxsi həyatları, problemləri də ekranda əks olunur. Təkcə “İTV”-də yayımlanacaq, daha sonra isə onlayn platformalarda nümayiş olunacaqdır. Serialın təqdimatı olmayacaq, mənim fikrimcə, təqdimat yalnız bədii filmə aiddir”,- deyə o bildirib.

Orxan

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью