Emil Səfərov “Qəbələ”yə qayıtmaq istəyir

20.11.2026

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

"Neftçi"nin futbolçusu Emil Səfərov qış fasiləsində komandanı tərk edə bilər. Sport24.az-ın əldə etdiyi məlumata görə, 24 yaşlı yarımmüdafiəçi az forma şansı əldə etməsindən narazıdır.

Bu səbəbdən o, qış fasiləsində sabiq komandası "Qəbələ"yə icarəyə yollanmaq istəyir. Lakin "Neftçi"nin baş məşqçisi Yuri Vernidub futbolçunun bu istəyinə isti yanaşmır.

Qeyd edək ki, Emil Səfərovun "Neftçi" ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью