Icma.az, Olay.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
35 yaşlı model Emili Ratajkovski aktrisa Meqan Foksa qoşularaq “OnlyFans” platformasının analoqu olan “Subs.com”da hesab açıb.
OLAY yazır ki, Emili bu barədə sosial şəbəkələrdə məlumat verib. O, həmçinin Meqan Foks kimi platformanın ortaq sahibinə çevrildiyini bildirib.
“”Tumblr” və “Blogspot” dövründə böyümüşəm. İnternetdə özünə məxsus kiçik bir guşəyə sahib olmaq həqiqətən maraqlı idi. Subs.com mənə sevimli məkanlarımdan, bəyəndiyim əşyalardan və başqa cür sosial media lentimdə yer almayacaq anlardan maraqlı fotolar paylaşa biləcəyim bir məkanı xatırladır”, deyə Ratajkovski bildirib.