Emin Ağalarov konsertinin vaxtını açıqladı

30.10.2026

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Azərbaycanlı müğənni və iş adamı Emin Ağalarov dekabrın 15-də Moskvada yerləşən “Live Arena”da böyük bir konsert verəcək.

“Bakupost” xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında konsertlə bağlı açıqlamalar verib.

O bildirib ki, gecədə məşhur ifaçılar Alsou, Roza Zərgərli, JONY və Lyusya Çebotina da onunla birlikdə səhnəyə çıxacaq.

Sənətçi ən sevilən mahnılarından ibarət xüsusi musiqi proqramı hazırladıqlarını da diqqətə çatdırıb.

Müğənni konsertə gəlmək istəyənləri biletləri onun sosial şəbəkə hesabındakı hekayələrdə yerləşdirilən keçid vasitəsilə əldə etməyə dəvət edib.

Rüfət Sultan,

BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью