Emin Ağalarov məşhur Hollivud ulduzu ilə görüntülərini paylaşıb

24.02.2025

Icma.az, Missiya.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Xalq artisti Emin Ağalarov Hollivud aktyoru Robert De Niro ilə arxiv görüntülərini sosial media hesabında yayımlayıb.


Missiya.Az xəbər verir ki, sənətçi 81 yaşlı ulduzla bağlı paylaşımında yazıb:

"Mənim həyatda heyrətamiz, istedadlı insanlarla, əsl böyük insanlarla görüşmək və hətta onlarla tərəfdaşlıq etmək şansım olub. Ən maraqlısı isə odur ki, dünya şöhrətinə və gücünə baxmayaraq, bu insanlar təvazökar və incə insanlar olaraq qalırlar. Robert De Niro buna misaldır. Onunla tanışlığımız və ünsiyyətimiz məndə güclü təəssürat yaratdı və bu günə qədər ondan öyrəndiyim bir çox dəyərli şeyləri xatırlayıram".


Zərintac Mayisqızı 

Missiya.Az 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью