Emin Ağalarov Özbəkistanda Sea Breeze turizm mərkəzi tikmək niyyətindədir Xəbər saytı Son xəbərlər və Hadisələr

16.12.2024

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

"Agalarov Development" şirkətinin təsisçisi Emin Ağalarov Daşkənd vilayətinin Bostanlıq rayonunda "Sea Breeze Uzbekistan" beynəlxalq turizm mərkəzinin layihəsini Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təqdim edib.

Bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

E.Ağalarov və bir sıra digər iri investisiya şirkətləri Çarvak su anbarının sahilində "Sea Breeze Uzbekistan" beynəlxalq turizm mərkəzini tikməyə hazır olduqlarını bildiriblər.

Məlumata görə, Mirziyoyev bu təklifi dəstəkləyib, mərkəzin qabaqcıl beynəlxalq təcrübə əsasında layihələndirilməsi və mərhələli şəkildə tikintisinin zəruriliyini qeyd edib. O, Baş nazirin rəhbərlik etdiyi komissiyanın yaradılması və layihənin həyata keçirilməsi üçün hüquqi bazanın hazırlanması, o cümlədən infrastruktur məsələlərinin həllinə köməklik göstərilməsi barədə tapşırıqlar verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью