Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, bununla bağlı Emin Ağalarov sosial şəbəkə platformasında paylaşım edib.
“Sea Breeze” ərazisindəki akvaparkda baş vermiş faciəvi hadisə nəticəsində bir uşaq həyatını itirib.
Şəxsən öz adımdan, bütün “Sea Breeze” komandasının adından ailəyə ən dərin və səmimi başsağlığı verirəm. Belə bir anda valideynlərin və yaxınların ağrısını yüngülləşdirə biləcək heç bir söz yoxdur.
Hazırda baş verənlərin bütün halları, o cümlədən uşağın hovuzun texniki zonasına - çəpərlərin arxasında su nasoslarının işlədiyi əraziyə necə düşməsinin səbəbləri araşdırılır.
Biz öz tərəfimizdən istintaqa hər cür yardım göstəririk.
Uşaqların və böyüklərin təhlükəsizliyi “Sea Breeze” üçün həmişə qeyd-şərtsiz prioritet və öhdəlik olub, olaraq qalır. Kurortun bütün zonaları, obyektləri FHN və müvafiq qurumlar tərəfindən mütəmadi olaraq yoxlanılır. Akvapark üçüncü mövsümdür ki, fəaliyyət göstərir və bu müddət ərzində 350 min nəfərdən çox qonağı qəbul edib.
Baş verənlərlə əlaqədar bütün təhlükəsizlik tədbirləri əlavə olaraq yenidən yoxlanılacaq və gücləndiriləcək.
“Sea Breeze” komandası, şəxsən mən ailəyə bütün lazımi dəstəyi və yardımı göstərəcəyik”, - deyə Ağalarov yazıb.