Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir. Lent.az-ın müsahibi aktyor Ramin Hacıyedir.
O, “Bacanaqlar”, “Qonşular” kimi seriallarda rol alıb. Aktyor daha çox “Məhəbbət” obrazı ilə yadda qalıb. - Uşaqlıqda ləqəbiniz olub?
- Anam "Ramka" deyirdi. Elə bir ləqəbim olmayıb. Yadıma gəlmir. Lap Gəncədə də dostlarım fərqli bir ləqəblə səslənməyiblər mənə.
- Gəncədə böyümüsüz? - Bəli, Gəncədə doğulub böyümüşəm. Universitetə qəbul olandan bəri isə Bakıdayam.
1995-ci ildə Qafqaz Universitetinin Biznes və menecment fakültəsinə qəbul oldum. - Amma axıra qədər qalmamısız universitetdə... - Bəli.
- Niyə yarımçıq qoyduz? - Düşünürəm ki, gənc olaraq kiçik bir səhv etmişəm. İndi olsaydım, özümə bəraət qazandırmazdım.
3-cü kursda oxuyurdum. Bir türk dünya tarixi müəllimimiz vardı.
Xürrəmilər hərəkatından danışırdı və Babəkin adı çəkiləndə "əstağfurullah" dedi. Mən etiraz elədim ki, Babək bizim üçün xalq qəhrəmanıdır.