Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xalq artisti Emin Ağalarovun paylaşdığı yeni video sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib.
Bakıvaxtı.az xəbər verir ki, müğənni “TikTok” hesabında Vahid Nuraninin “Qara gözlüm, maralım” mahnısının sədaları altında rəqs etdiyi görüntüləri paylaşıb.
Video izləyicilər arasında yumoristik müzakirələrə səbəb olub. Bəzi istifadəçilər hətta ifaçının hesabının oğurlandığını iddia ediblər.
Qeyd edək ki, Emin Ağalarov son günlər bu tip mahnıların müşayiəti ilə çəkilmiş videolarını tez-tez paylaşır.