Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Postsovet məkanının tanınan mütəxəssislərindən biri Boris İqnatyev vəfat edib.
85 yaşında dünyasını dəyişən mütəxəssisin azərbaycanlı futbolçularla da yolu kəsişib. Konkret onun 1988-ci ildə Avropa çempionu etdiyi SSRİ-nin yeniyetmələrdən ibarət yığmasının heyətində Arif Əsədov da olub. Amma mərhum baş məşqçinin azərbaycanlı futbolçulardan Emin Ağayevlə işbirliyi daha uzun sürüb. İqnatyev 1998-2000 aralığında çalışdırdığı “Torpedo-ZİL”i elitaya çıxarandan sonra istefa verib. Həmin komandanın əsas oyunçularından biri də müdafiəçi Emin Ağayev idi.
Emin bu gün də İqnatyevi ən xoş hisslərlə xatırlayır:
“Mənim üçün məşqçilər üç qrupa ayrılır: pedaqoqlar, psixoloqlar və taktiklər. Bu tiplərin hər biri ilə çalışmaq imkanım olub. Peqaqoqlara parlaq nümunə Eduard Malofeyev idi, psixoloq kimi Hacı Hacıyevin adını çəkərdim, Boris İqnatyev isə gözəl taktik idi. Məhz Boris Petroviç mənə oyunun quruluşunu və futbolçularla ünsiyyət qurmağı öyrətdi”.
ORXAN