Emin: “Belə oynamaq daha motivasiyalı olur”

17.11.2025

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində Fransaya uduzub – 1:3.

Futbolpress.az xəbər verir ki, yığmanın kapitanı Emin Mahmudov matçdan sonra “CBC Sport”a açıqlamasında bunları deyib:

“Oyunumuz alınırdı, yaxşı əks-hücumlara çıxırdıq. Sadəcə son ötürmələr, zərbələr çatmırdı. Stadionda möhtəşəm atmosfer var idi. Belə oynamaq daha motivasiyalı olur. Rəqib Fransa idi, əks-hücumlarımız alınırdı. Ancaq yenə də uduzduq.

Gələcəklə bağlı nəsə deyə bilmərəm. Hələ Ayxan Abbasov az müddətdir, işləyir. İnşallah, daha yaxşı oyunlar göstərərik.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью