Emin Cəfərov UEFA dan təyinat alıb

15.09.2025

Icma.az, Mia.az portalına istinadən məlumat yayır.

AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA-dan təyinat alıb.

Mia.az xəbər verir ki, o, UEFA Gənclər Liqasının Liqa mərhələsinin I turunda keçiriləcək "Slaviya" (Çexiya) – "Budyo-Qlimt" (Norveç) oyununun UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, qarşılaşma sentyabrın 17-də, Praqadakı Radotin İdman Mərkəzində təşkil olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью