Emin Əmrullayev: “20 mindən çox müəllim müsahibədə iştirak edəcək”

30.06.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

“Təhsilverənlərin sertifikatlaşdırılması prosesinə 2022-ci ildən başlanıb. 4 il ərzində 104,435 müəllim sertifikatlaşdırma prosesində iştirak edib”.

"Cebheinfo.az" xəbər verir ki, bu fikirləri “Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil” mövzusunda tədbirdə elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Nazirin sözlərinə əsasən, demək olar ki, bütün müəllimlər ən azı bir dəfə prosesə cəlb olunublar:

“Təxminən 5 müəllimdən biri yeni müəllimdir. Uğur qazanmış təxminən 60818 müəllimin əmğkhaqqısına 18 faiz əıavə edilib. Yüksək nəticə göstərmiş 30590 müəllimin əməkhaqqısına 35 faiz əlavə edilib. Ümumilikdə, 91408 müəllimin əməkhaqqısına əlavə edilib. Hər iki cəhddə uğur qazana bilməyən 9334 müəllimin əmək müqaviləsinə xitam verilib. Proses davam edir. 2026-cı ildə 20229 nəfər müsahibədə iştirak edəcək”.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью