Emin Əmrullayev 5 rayonun sakinlərini qəbul EDƏCƏK

01.09.2025

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 26-da Gədəbəydə vətəndaşları qəbul edəcək. 

Bu barədə Redaktor.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qəbulda Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa, Qazax sakinləri iştirak edə bilərlər.  

Adları çəkilən şəhər və rayonların sakinləri 15 sentyabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə "WhatsApp" vasitəsilə müraciət göndərmək mümkündür.

Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью