Emin Əmrullayev Astarada vətəndaşları qəbul edib

30.05.2025

Icma.az, Operativ MM saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Elm və təhsil naziri Emin Əmrullayev mayın 30-da Astara şəhərində vətəndaşları qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.

Bildirilib ki, qəbulda Astara, Lənkəran, Lerik, Masallı, Cəlilabad və Yardımlı sakinləri iştirak ediblər.

Qəbul zamanı vətəndaşlar xarici diplomların tanınması, direktorların işə qəbulu, məktəb tikintisi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.

Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью