Emin Əmrullayev Ben Sauter ilə görüşüb

20.11.2024

Adelet.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Noyabrın 19-da elm və təhsil naziri Emin Əmrullayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan dünyanın nüfuzlu reytinq təşkilatlarından biri "QS Quacquarelli Symonds"un Baş vitse-prezidenti Ben Sauterin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Adalet.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı Azərbaycan ali təhsil müəssisələrinin QS qlobal reytinqində cari göstəricilərinin təhlili təqdim olunub və gələcək inkişaf imkanları müzakirə edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью