Emin Əmrullayev Beynəlxalq Müəllimlər Günü münasibətilə paylaşım edib

05.10.2026

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Elm və təhsil naziri Emin Əmrullayev 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə bağlı paylaşım edib.

XQ paylaşımı təqdim edir:

"Əziz müəllimlər, Sizi 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə ürəkdən təbrik edirəm.

Müəllimlik ən çətin, eyni zamanda ən şərəfli peşələrdən biridir. Bu peşənin əsas missiyası yalnız bilik vermək deyil, savadlı və məsuliyyətli nəsillər yetişdirməkdir. Gənc nəslin cəmiyyətdə layiqli yer tutmasında və vətənpərvər vətəndaş kimi formalaşmasında sizin fədakar əməyiniz danılmazdır.

Hər birinizə təşəkkür edir, işlərinizdə uğurlar və əməyinizin nəticələrindən daim qürur duymağı arzulayıram"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью