Emin Əmrullayev: Bəzi universitetlərdə tədqiqat aparmaq üçün otaq belə yoxdur | Icma.az
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Azərbaycan universitetlərində müəllimlərin standart 500 saat dərs keçib professor olması vacib deyil".
Oxu.Az Modern.az-a istindən xəbər verir ki, bunu Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransında elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bu yanaşmanın doğru olmadığını bildirib: "Çünki təhsil sistemi yalnız saatların cəmindən ibarət deyil.
Bəzi universitetlərdə tədqiqat aparmaq üçün otaq belə yoxdur. Bu halda həmin şəxslərdən tədqiqat aparmalarını gözləmək doğru olmaz".
O qeyd edib ki, Azərbaycanda həm ali, həm də elmi-tədqiqat müəssisələrinin sayı bizimlə eyni qədər əhalisi olan ölkələrlə müqayisədə daha çoxdur: "Amma təəssüf ki, bu saya uyğun elmi-tədqiqat işləri yoxdur".
Emin Əmrullayevin sözlərinə görə, bunun səbəbi statusla bağlıdır: "Biz nə qədər statuslara fikir verib, fəaliyyətə fikir verməyəcəyiksə, birincinin sayının artması, ikincinin olmaması reallığı olacaq.
Amma çalışmalıyıq ki, saylarla elmi fəaliyyəti bir-birinə uzlaşdıraq. Elmi fəaliyyəti olmayan elmi müəssisə olmamalıdır.
Tam oxu
Xəbəri oxu