Emin Əmrullayev bu gənclə bağlı paylaşım etdi

21.05.2025

Icma.az bildirir, Modern.az portalına istinadən.

Elm və təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabında Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin məzunu olan Toğrulla bağlı paylaşım edib.

Modern.az xəbər verir ki, o paylaşımında Toğrulun uğur hekayəsinin peşə təhsilindən başladığını bildirib.

"Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin məzunu olan Toğrul Ağdam Sənaye Parkında elektrik kimi fəaliyyətə başlayıb. O, Qarabağa yenidən həyat bəxş edilməsində yaxından iştirakından böyük qürur hissi keçirir, fəaliyyətinə görə peşəsinə borclu olduğunu deyir. Bu sadəcə bir gəncin uğur hekayəsi deyil – illərlə nisgillə baxdığımız torpaqlara həyat və ümidin geri qayıdışıdır. Böyük qayıdışla bu torpaqlarda təhsil infrastukturu yenilənir, müasir, innovasiyalara əsaslanan təhsil müəssisələri fəaliyyətə başlayır", - nazir qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью