Emin Əmrullayev: Malayziya Azərbaycan münasibətləri daim yüksələn xətlə inkişaf edib

21.10.2025

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2025-ci il yanvar-sentyabr aylarında Malayziyadan Azərbaycana səfər edən şəxslərin sayı 2024-cü illə müqayisədə 36 faiz artıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Malayziyanın Müstəqillik Günü münasibətilə Bakıda keçirilən qəbulda Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev danışıb.

O qeyd edib ki, Malayziya-Azərbaycan münasibətləri daim yüksələn xətlə inkişaf edib:

“Malayziya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən dövlətlərdən biridir. Bu gün mövcud əlaqələr bir sıra sahələri əhatə edir. Ölkələrimiz arasında ticarət, iqtisadi əlaqələrin inkişafı üçün sahələr müəyyənləşdirilir. Turizm sahəsində əməkdaşlıq genişləndirilir. 2025-ci il yanvar-sentyabr aylarında Malayziyadan Azərbaycana səfər edən şəxslərin sayı 2024-cü illə müqayisədə 36 faiz artıb. Bu, əlaqələrin inkişafının göstəricisidir”.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью