Icma.az, Yenisabah portalına istinadən məlumat verir. Elm və təhsil naziri Emin Əmrullayevlə Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbasza
İctimaiyyətin sərt qınağına tuş gələn DİM sədrinin Əmrullayevin təlimatı ilə hədəfə götürüldüyü bildirilir.
Yenisabah.az məsələnin təfərrüatını öyrənə bilib. Məlum olub ki, nazir Abbaszadəni “yıxmaq” üçün son döyüşə başlayıb.
Onun bu dəfəki silahı cəmiyyətdə kifayət qədər hörmət və etibar sahibi olan aparıcı təhsil ekspertləridir.
Əmrullayev təhsil dairəsində olan bu şəxslərin vasitəsilə DİM sədrini ictimai rəydə nüfuzdan salmaq və beləliklə də onun gedişini sürətləndirmək istəyir.
Qeyd edək ki, təhsil ekspertləri DİM sədrini bu dəfə ən zəif yerindən vururlar.
Onlar cəmiyyəti inandırmağa çalışırlar ki, Abbaszadə blok imtahanlarının birinci cəhdində abituriyentləri qəsdən çətin suallarla sınağa çəkir.
Bu iddia təkcə abituriyentləri deyil, onların valideynlərini də əməlli-başlı qəzəbləndirib.