Emin Əmrullayev onları işdən ÇIXARDI

06.10.2025

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) iki prorektoru vəzifəsindən azad olunub.

Redaktor.az xəbər verir ki, müvafiq əmr elm və təhsil naziri Emin Əmrullayev tərəfindən imzalanıb.

Universitetin elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova və təsərrüfat işləri üzrə prorektor, dosent Səyami Hüseynov işdən çıxarılıb.

Digər əmrlə, universitetin İT Mərkəzinin direktoru dosent Elviz İsmayılov ADNSU-nun elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsini müvəqqəti icra edən təyin olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью