Emin Əmrullayev onu müdir təyin etdi FOTO

20.11.2026

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Nəcəfov Elxan Abşeron-Xızı Regional Təhsil İdarəsinə müdir təyin olunub.

Redaktor.az xəbər verir ki, Elxan Nəcəfov müxtəlif dövrlərdə təhsil müəssisələrində müəllim kimi çalışıb, eyni zamanda 2017–2022-ci illərdə müxtəlif ali təhsil müəssisələrində də pedaqoji fəaliyyətlə məşğul olub. 

2022–2023-cü illərdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri, 2023–2024-cü illərdə Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin müavini olub. 

2024-2026-cı illərdə isə Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsində çalışıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью