Emin Əmrullayev: Qarabağ Universitetinin Bakıda filialının yaradılması nəzərdə tutulmur

10.12.2024

Apa.az saytına istinadən Icma.az xəbər verir.

2025-2027-ci illər ərzində Xankəndi, Şuşa və Xocalıda Qarabağ Universitetinin filiallarının yaradılması nəzərdə tutulur.

APA xəbər veriri ki, bu sözləri jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

“Xankəndidə işlərimiz davam edir. Musiqi və incəsənət, turizm fakültəsinin burada olması planlaşdırılır. Həmçinin Şuşada turizm fakültəsinin, Xocalıda isə kənd təsərrüfatı fakültəsinin yaradılması planlaşdırılır. Qarabağ Universitetinin Bakı şəhərində filialının yaradılması isə hələ ki, nəzərdə tutulmur”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью