Emin Əmrullayev: Qarabağ Universitetinin Bakıda filialının yaradılması nəzərdə tutulmur

10.12.2024

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

"2025-2027-ci illər ərzində Xankəndi, Şuşa və Xocalıda Qarabağ Universitetinin filiallarının yaradılması nəzərdə tutulur".

APA xəbər verir ki, bunujurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

“Xankəndidə işlərimiz davam edir. Musiqi və incəsənət, turizm fakültəsinin burada olması, həmçinin Şuşada turizm fakültəsinin, Xocalıda isə kənd təsərrüfatı fakültəsinin yaradılması planlaşdırılır. Qarabağ Universitetinin Bakı şəhərində filialının yaradılması isə hələ ki nəzərdə tutulmur”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью