Emin Əmrullayev vətəndaşları dinlədi, tapşırıqlar verdi FOTO

27.11.2026

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Noyabrın 27-də elm və təhsil naziri Emin Əmrullayev Ağstafa şəhərində vətəndaşları qəbul edib.

Redaktor.az xəbər verir ki, qəbulda Ağstafa, Qazax və Tovuz sakinləri iştirak ediblər.

Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. 

Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində tapşırıqlar verib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью