Emin Əmrullayev: “Xankəndidə yeni məktəbə ehtiyac var”

13.05.2025

Dogru.az saytına istinadən Icma.az xəbər verir.

İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən 20 təhsil müəssisəsində ümumilikdə 2300 şagird, bağçalarda isə 200-ə yaxın azyaşlı təhsil alır.

Doğru.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Ən yaxşı təqdimat” müsabiqəsinin mükafatlandırılma mərasimində çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, 2026-cı ilə qədər yeni təhsil müəssisələrinin istifadəyə verilməsi nəzərdə tutulur:

 “Xankəndidə fəaliyyət göstərən 4 nömrəli məktəb artıq tam dolub. Bu səbəbdən gələn il ikinci məktəbin açılmasını planlaşdırırıq.”

DOĞRU.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью