Emin Əmrullayevdən bullinqlə bağlı HƏYƏCAN TƏBİLİ

09.09.2026

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda şagirdlərin 12,8%-i ayda bir neçə dəfə və ya tez-tez bullinqə məruz qalır.

Redaktor.az xəbər verir ki,  bunu elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət Mərkəzi” proqramında deyib.

Onun sözlərinə gör, bu göstərici inkişaf etmiş ölkələrin ortalamasından aşağıdır:

“Yəni o ölkələrdə bu, 19,6%, təxminən 20%-dir. Burada göstərici təxminən 418-414-dür. Bu, məktəb direktorlarının qısa müddətdə aradan qaldıra biləcəyi problem deyil, amma azaltmaq olar. Valideynlər öz övladlarından həftədə bir dəfə bu barədə soruşa bilərlər. Buna doqquzuncu sinifdə yox, şərti olaraq birinci sinifdən başlamaq olar. Bu il birinci sinifə gedən uşaqların valideynlərindən xahiş edə bilsəm ki, hər gün, hər həftə öz övladınızın təhsili ilə maraqlanın, əminəm ki, həmin nəsil 15 yaşına çatanda bizim daha yaxşı təhsil nəticələrimiz olacaq, daha yaxşı nailiyyətlərimiz olacaq. Ona görə bu təhsil işi yalnız bir faktordan asılı deyil. Burada onlarla, bəlkə yüzlərlə faktor var ki, bunların hər biri ətrafında işləmək lazımdır. Burada dinamikaları düzgün başa düşüb, yerli şəraitdə hansı daha önəmlidirsə, ona daha çox fokuslanmalıyıq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью