Emin Əmrullayevdən yeni TƏYİNAT

07.02.2025

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinə yeni müdir təyin edilib.

Modern.az xəbər verir ki, bu barədə müvafiq əmr elm və təhsil naziri Emin Əmrullayev tərəfindən imzalanıb.

Əmrə əsasən, sözügedən vəzifəyə Çapay Məmmədov gətirilib.

Çapay Məmmədov psixologiya və idarəetmə ixtisası üzrə bakalavr, biznesin təşkili və idarəolunması ixtisası üzrə isə magistr təhsili alıb. O, bundan öncə nazirliyin İnsan resursları şöbəsinin müdiri kimi fəaliyyət göstərib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью