Teleqraf.com saytına istinadən Icma.az xəbər verir. Baş Prokurorluğun vəsatəti əsasında Moldova Respublikasının səlahiyyətli orqanları tərəf
Teleqraf.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Abşeron rayon məhkəməsinin icraatında olan cinayət işi üzrə Cinayət Məcəlləsinin 177.2.3-cü (yaşayış sahəsinə daxil olmaqla törədilən oğurluq) maddəsi ilə təqsirləndirilən Həsənov Emin Nazim oğlu məhkəmədən gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.
Emin Həsənov Moldova Respublikasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.