Emin Hüseynov: Bu ilin noyabrında Ağdam şəhərinə ilk köç planlaşdırılır

23.09.2025

Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.

"Bu ilin noyabr ayında Ağdam şəhərinə ilk köç planlaşdırılır".

“APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

O bildirib ki, ilk mərhələdə 110 ailənin şəhərə köçü nəzərdə tutulub:

"Hazırda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə birgə köçürüləcək ailələrin siyahısı hazırlanır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью