Emin Hüseynov: Hazırda Ağdam şəhərində ikinci məhəllənin tikintisi aparılır

17.04.2025

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Şuşa, 17 aprel, Gülay Nəzərova, AZƏRTAC

Hazırda Ağdam şəhərində ikinci məhəllənin tikintisi aparılır. Buraya 66 bina üzrə 1267 ailənin köçürülməsi nəzərdə tutulub. Bu, təxminən oktyabr-noyabr aylarına təsadüf edəcək.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

“Bu ilin sonunadək 5 min, gələn il 10 min, ümumilikdə isə 20-25 min əhalinin Ağdama köçürülməsi nəzərdə tutulub. Füzulidə ikinci və üçüncü yaşayış məhəllələrinin layihələndirilməsi yekunlaşdırılmaq üzrədir. Hesab edirəm ki, layihələndirmə bu ilin sonuna doğru - payız aylarında başa çatacaq. Bundan sonra isə tikinti işlərinə start veriləcək".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью