Emin Mahmudov: 13 aydan sonra...

09.08.2025

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Neftçi”nin 8 nömrəli futbolçusu Emin Mahmudov təxminən 1 il 1 aydan sonra kapitan kimi komandasını meydana çıxarıb. Bu hadisə “AEL Limassol”la oyuna təsadüf edib.

Ötən il iyunun 26-da “ağ-qaralar”ın “sükanı arxasına” keçən Roman Qriqorçukun ilk addımlarından biri də kapitan sarğısını Emindən almaq oldu. O, sonuncu dəfə 2023/24 mövsümünün sonuncu turunda - “Sabah”la (0:1) oyunda sarğını qoluna taxmışdı. Oyuna start heyətində başlamasa da, sonradan Eddi İsrafilov sarğını sahibinə qaytarmışdı. Ukraynalı mütəxəssis sarğını Ramil Şeydayevə verdi, Yuri Matiasla Robert Bauer isə vitse-kapitan seçildi.
Bundan sonra komandadaxili ab-hava da korlandı, oktyabrda “Sumqayıt”dan gələn Samir Abasov da vəziyyəti tam düzəldə bilmədi. Yeni baş məşqçi sarğını Şeydayevdən alaraq Rza Cəfərova verdi. Emin Mahmudov isə sentyabrın 22-də belə paylaşım etmişdi:

“Artıq “Neftçi”nin kapitanı deyiləm. 6 il klubda kapitan olmuşam və bununla qürur duyuram”.

Xatırladaq ki, Emin Mahmudov 2017-ci ildən ağ-qara formanı geyir.
MÜZƏFFƏR QULUZADƏ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью