Emin Mahmudov: “Bəzi problemlər üzə çıxdı” İdman və Biz | Icma.az
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır. “Oyunlar üçün çox darıxmışam”.
İdman.biz xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu Emin Mahmudov klubun mətbuat xidmətinə müsahibəsində deyib.
32 yaşlı futbolçu Qəbələdəki təlim-məşq toplanışını dəyərləndirib.
O bildirib ki, komanda hazırda daha çox fiziki hazırlığa üstünlük verir: “Zədəmin bərpa prosesi bir qədər uzun çəkdi.
Elə bilirdim ki, 1-2 həftədən sonra komanda ilə məşqlərə başlayacam. Ancaq bəzi problemlər üzə çıxdı.
Çalışacam ki, formamı bərpa edim və komandama kömək olum. Məşqlərə təzə başlamışıq. Hazırda daha çox fiziki məşqlər olur.
Çalışırıq ki, bunu yerinə yetirək. Çünki ilk dövrədə fiziki baxımdan problemlərimiz vardı.
Bunun qarşısını almaq üçün əlimizdən gələni edəcəyik. İnşallah, mövsümün ikinci yarısında fiziki baxımdan daha yaxşı təsir bağışlayacayıq”.
Tam oxu
Xəbəri oxu