Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Futbol üzrə Azərbaycan milli komandası bu gün yoxlama oyunu keçirəcək.
Teleqraf xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv səfərdə Andorra ilə üz-üzə gələcək.
Enkampdakı FAF stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Qarşılaşmanı ispaniyalı baş hakim Xose Luis Munuera Montero idarə edəcək.
Bu oyun yığmanın kapitanı Emin Mahmudov üçün Azərbaycan millisində vida matçı olacaq. 34 yaşlı yarımmüdafiəçi qarşılaşmadan sonra milli karyerasını başa vuracaq.