Emin Mahmudov da millinin oyununu buraxa bilər

12.11.2025

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi millimizin futbolçusu Elvin Cəfərquliyev yüksək bədən temperaturu səbəbindən yığmanın heyətindən çıxarılıb. Komandamızın DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sabah İslandiya yığmasına qarşı keçirəcəyi matçda tək itkisi bununla yekunlaşmaya bilər.

QOL.az xəbər verir ki, sözügedən matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablayan millinin baş məşqçi Ayxan Abbasov başqa itkilərin olmasını da istisna etməyib:

"İtkilərimiz var. İstəməzdik ki, olsun. Amma milliyə kimlər çağırılıbsa, onlar üçün şansdır. Elvin Cəfərquliyev xəstələndi, Emin Mahmudovun oynayıb-oynamaması sual altındadır. Kimə şans veriləcəksə, onlar üçün fürsət olacaq".

Qeyd edək ki, Azərbaycan - İslandiya qarşılaşması sabah 21:00-da 8-ci km qəsəbə stadionunda keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью