Emin Mahmudov: “Hamı utanır”

06.09.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində İslandiyaya uduzub – 0:5.

Futbolpress.az Reykyavikdən xəbər verir ki, yığmanın kapitanı Emin Mahmudov matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

– Kapitan kimi nəticəyə nə deyə bilərsiniz?
– Biabırçı nəticə idi. Oyunumuz da çox biabırçı idi. Belə gözləməzdik. Fikirləşirdik ki, daha yaxşı oynaya bilərik. Heç nə də alınmadı, nə topla, nə topsuz. Sadəcə bizdən bunu gözləmirdilər. Üzr istəyirəm.

– Niyə alınmadı?
– Oyundan sonra danışmaq rahatdır. Özümdən danışım, heç nə edə bilmədim. Nə top aldıq, nə top saxladıq.

– Santuş hamının günahkar olduğunu dedi…
– Əlbəttə. Meydançada biz oynayırıq. Kiminsə üstünə atmaq istəmirəm. Oyunçu kimi ən yaxşı oyunumu göstərmədim ki, deyim, hər şeyi etdik, alınmadı. Bu nəticədə hamı günahkardır.

– Komanda yoldaşların utanc hissi keçirir?
– Elə bilməyin ki, uduzduq, evə getdik. Hamı utanır. Bilirik ki, nəticə çox pisdir. Uşaqlar daha yaxşı olmasını istəyirdi. Yaxşı nəticə ilə azarkeşlərimizi sevindirmək istəyirdik.

– Böyük ehtimalla, Fernandu Santuşla yollar ayrılacaq. Bundan sonra nəyisə düzəltmək olar?
– Vaxt göstərəcək. Nə olacağını bilmirəm.

– Ukrayna ilə oyuna hazırlaşmaq çətin olmayacaq?
– Çox çətindir. Belə oyundan, nəticədən sonra çox çətindir. Durumdan çıxmalıyıq. Daha yaxşı oynamalıyıq, başqa yolumuz yoxdur. Belə biabırçılıq təkrarlanmamalıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью