Emin Mahmudov ilk “üçlük”də

19.11.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Emin Mahmudov DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində rəqib hücumlarını kəsmə göstəricisinə görə ilk "üçlük"də yer alıb.

"Football-plus.az" xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi 6 oyunda 21 dəfə topa müdaxilə edib.
Millimizin kapitanı bu göstəricidə qazaxıstanlı İslam Çesnokov və maltalı Aleksander Satariano ilə eyni nəticəyə malikdi.
Qeyd edək ki, DÇ-2026-nın seçmə mərhələsində D qrupunda Fransa 13 xalla lider olub, Ukrayna 10 xalla ikinci, İslandiya 7 xalla üçüncü, Azərbaycan isə 1 xalla sonuncu yeri tutub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью