Emin Mahmudov: Latviya ilə oyunda qalib gəlmək istəyirik

06.06.2025

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 6 iyun, AZƏRTAC

Latviya ilə oyunda qalib gəlmək istəyirik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Emin Mahmudov Latviya ilə keçirəcəkləri yoldaşlıq oyunundan öncə təşkil olunmuş mətbuat konfransında deyib.

O, rəqibin yaxşı komanda olduğunu vurğulayıb: "Latviyaya qalib gəlmək üçün gücümüz var. Bu matçda şəxsi uğur barədə düşünmək yox, komanda şəklində qələbə qazanmaq üçün meydana çıxacağam. Millimizə xeyir vermək üçün çalışacağam".

Qeyd edək ki, iyunun 7-də keçiriləcək Latviya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью